19 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjanın yaydığı məlumata görə, 400 min manatlıq istiqrazlara 1investor 1 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: “GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2034020282
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazların sayı: 400 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
İstiqrazların buraxılış həcmi: 400,000 manat
Hərrac qiyməti: 1,000 manat
İllik gəlirlilik faizi: 15%
İstiqrazların reallaşdırılmış həcmi: 400,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 400,000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
İstiqrazılarn ödəmə tarixi: 19.09.2029
Anderrayter: “İNVEST-AZ İ.Ş.” QSC