Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP TərtərRayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədriFaiq Məmmədovla birlikdə 220 şagird yerlik Rövşən Səfərov adına Sarıcalıkənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbinpedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqojikollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini,valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlbolunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.İcra başçısı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsilsahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə buişin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu günAzərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır.Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmindəinkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları vəqiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsivə demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub.Təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğundəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülüb.Sonra rayon rəhbəri Vətən Müharibəsində ordumuzun qazandığı şanlıqələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinəucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaqhər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb,məktəblilərə təhsildə uğurlar arzulayıb.Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya özminnətdarlıqlarını bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta