AZ

Rusiyada miqrantlara qarşı sərt qadağalar gəlir- maşın sürə, evlənə və ya boşana bilməyəcəklər...

Image

Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu barədə "Kommersant"a Daxili İşlər Nazirliyi (DİN) rəisinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

İndi hakimiyyət Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Həmin sistemə düşdükdən sonra miqrantlar nəqliyyat vasitələri sürə, bank xidmətlərindən istifadə edə, əmlakı qeydiyyata ala, nikah bağlaya və ya poza bilməyəcəklər.

Qorovoy qeyd edib ki, "maraqlanan idarələr" və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində də işləyirlər.

Qorovoyun sözlərinə görə, hazırda Rusiyada 739 minə yaxın və ya miqrantların ümumi sayının 9 faizi qədər qanunsuz miqrant var. Bunlar, əsasən, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır.

DİN rəsmisi 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisinin 30 faizdən çox olduğunu vurğulayıb. O, indiki azalmanı "Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi" adlandırıb.

Qorovoy həmçinin bildirib ki, bu ilin birinci yarısında miqrantların Rusiyadan çıxarılması ilə bağlı 100 minə yaxın qərar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Xatırladaq ki, hazırda Rusiyada 2 milyondan çox azərbaycanlı miqrant yaşayır.  

ZÜMRÜD





Seçilən
66
32
baki-xeber.com

10Mənbələr