Ukrayna Ali Radası deputat Maryana Bezuqlayanı parlamentin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini vəzifəsindən azad edib.
“AzPolitika” xəbər verir ki, bu barədə ilk olaraq, deputat Yaroslav Jeleznyak “teleqram”da məlumat yayıb. Daha sonar isə parlament sədrı də xəbəri təsdiqləyib. Onun vəzifəsindən ayrılmasının lehinə 252 deputat səs verib.
Bundan sonra Bezuqlaya parlamentin Xarici Siyasət Komitəsində sıravi üzv kimi çalışacaq. Bezuqlaya 5 il Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsində işləyib və qalmaqallı açıqlamaları, tənqidlərilə seçilib.
O, ötən il Ukaryna ordusunun Baş Komandanı, general Valerti Zalujnını sərt tənqid edərək, onu növbəti il üçün hərbi fəaliyyət planı hazırlamamaqda və digər kobud səhvlərində günahlandırıb. Zalujnının istefasından sonra onun yerinə keçən general Aleksandr Sırski də Bezuqlayanın kəskin tənqidlərinə tuş gəlib. Heç bir fraksiyanın üzvü olmayan deputat ordudakı çatışmazlıqları və generalların səhvlərini tez-tez ictimailəşdirməsilə tanınıb.
Vəzifəsindən kənarlaşdırılmasını şərh edən Bezuqlaya bununla bağlı özünün könüllü ərizə yazdığını və bu günə qədər çalışdığı komitənin artıq “meyitə çevrildiyini” deyib.
“AzPolitika.info”