AZ

Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək...

İdman.biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

Tədbirə bütün media nümayəndələri dəvətlidir. Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

Qeyd edək ki, püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Poliqon.info 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
10
poliqon.info

10Mənbələr