AZ

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandakı "Hizbullah" hərəkatının hədəflərini, təşkilatın terror imkanlarını və hərbi infrastrukturunu azaltmaq məqsədilə bombalayır.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Ordunun mətbuat xidmətinin bəyanatında deyilir ki, bu, sakinlərin öz evlərinə qayıtmasına imkan verəcək və digər hərbi məqsədlərə nail olmaq üçün yol açacaq.
"Hizbullah" Livanın cənubunu müharibə zonasına çevirib və onilliklər ərzində oradakı mülki əhalidən canlı qalxan kimi istifadə edib", - deyə İsrail Müdafiə Qüvvələrindən bildirilib.
Livan mediası isə ölkənin cənubunun indiyədək görünməmiş intensivliklə bombalandığını yazır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
50
oxu.az

10Mənbələr