Baş katib Yens Stoltenberq Ukraynanın NATO-ya qoşulması üçün təşkilatın qapısının daim açıq olduğunu deyib.
APA xəbər verir ki, o, bu barədə NATO-nun Baş katibi vəzifəsindən getməsi ilə bağlı vida çıxışında bildirib.
“Putin düşünür ki, o, müharibədə qalib gələcək. Lakin biz Ukraynaya daha çox silah verməklə Putinin istədiyini əldə etməsinin qarısını almalıyıq”, - Stoltenberq qeyd edib.
O əlavə edib ki, “Prezident Zelenskinin dediyi kimi, Rusiya gələcək sülh danışıqlarının bir hissəsi olmalıdır”.