Türkiyədə yeni mövsümdə aktyorların nə qədər qazanacağı bəlli olub.
OLAY yazır ki, siyahı aşağıdakı kimi müəyyənləşib:
Kıvanç Tatlıtuğ bir bölüm üçün 1 milyon 750 min lirə tələb edir.
Çağatay Ulusoy yeni serialı “Eşref Rüya”dan bölümbaşına 3, 5 milyon lirə alacaq.
Halit Ergenç “Kral Kayberse”nin bir bölümündən 2 milyon lirə qazanacaq.
Serenay Sarıkayanın hazırda bir bölümdən aldığı məbləğ 1 milyon 500 mindir.
“Deha” ilə ekrana qayıdan Aras Bulut İynemli də eyni şəkildə bir seriyadan 1 milyon 500 min alır.
“Yalı Çapkını”nın bir bölümündən Mert Ramazan Demirlə Afra Saraçoğlu ikisi də eyni məbləği tələb edir. Onlar hər biri bir seriyadan 1 milyon lirə alırlar.
Özcan Deniz “Kızıl Goncalar”ın bir bölümündən 1 milyon lirə qazanır. Özgü Namal da Ö. Denizlə eyni ekran işindən həmin məbləği alır.
“İnci Taneleri”nin Dilberi Hazar Ergüçlünün bir bölümə çəkilmə qiyməti 2 milyon lirədir.
Demet Evgar “Bahar”la bir bölüm üçün 1 milyon 250 min lirə alır.
Murat Yıldırım ekrana gəlməyə hazırlaşan “Gizli Bahçe”nin bir bölümündən 800 min lirə qazanacaq.