AZ

"Brent" markalı neft KƏSKİN BAHALAŞDI

Londonun ICE birjasında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 3-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.

OXU24.COM xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 19:34-ə olan birja məlumatlarında qeyd edilib.

Bildirilib ki, "Brent" markalı neftin qiyməti 2,65% artaraq 75,07 dollar/barelə çatıb.

Bakı vaxtı ilə saat 19:54-də "Brent" fyuçersləri artımı sürətləndirib və 75,09 dollar (+2,68%) səviyyəsində ticarət edilib.

Eyni zamanda, WTI markalı xam neftin noyabr ayında tədarük üçün fyuçersləri 2,04% artaraq bir barel üçün 71,37 dollara yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
oxu24.com

2Mənbələr