AZ

Azərbaycanda yeni hotel açılır, 50 nəfərdən çox insan işlə təmin olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Banker.az xəbər verir ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq.

“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

 

Seçilən
135
49
banker.az

10Mənbələr