AZ

Bu da “Aghdam City Hotel” - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan 
hotelin binası 5 mərtəbədən ibarətdir. 

Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq var. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. 

Diqqətə çatdırıldıb ki, hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.












Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
9
qafqazinfo.az

10Mənbələr