AZ

Qarabağın məhbusları. BBC Ruscanın reportajı

Bir il əvvəl ermənilər Azərbaycanın hərbi əməliyyatından sonra Dağlıq Qarabağı tərk ediblər. Amma qonşu Ermənistana hamını buraxmayıblar: Qarabağ ermənilərinin liderləri, milyarder Ruben Vardanyan da daxil, həbs edilərək Bakıya göndəriliblər.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri və nazirlərini nə gözləyir? Onlara kim vəkillik edir? Və nə üçün onların buraxılmasına dair ümidlər COP29 iqlim konfransı ilə əlaqələndirilir?

Jurnalist Lilit Şahverdyan BBC Rusca Xidməti üçün onların yaxınları və vəkilləri ilə danışıb.

Ötən ilin sentyabrında on aylıq blokadadan sonra Dağlıq Qarabağ Azərbaycanın tam yurisdiksiyasına keçdi. Həmin günlərdə Azərbaycan sərhədçiləri səkkiz ermənini - tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) keçmiş hərbi və siyasi liderlərini saxlayıblar.

Onların arasında üç keçmiş prezident də olub – Arkadi Ğukasyan, Bako Sahakyan və Arayik Harutyunyan. Lakin onların arasında ən tanınmışı bir neçə ay separatçı DQR hökumətində baş nazir vəzifəsində çalışmış rus-erməni milyarder Ruben Vardanyandır.

Hakimiyyət orqanları və hüquq müdafiəçiləri məhbusların dəqiq sayı ilə bağlı müxtəlif məlumatlar verirlər. Bakıda isə söhbət 23 erməni məhbusundan gedir: səkkiz DQR rəhbəri, 15 hərbi əsir və 2023-cü ilin sentyabrında Azərbaycanın hərbi əməliyyatı nəticəsində saxlanılan mülki şəxslər.

Lakin Avropa İnsan Haqları Məhkəməsində (AİHM) erməni məhbusların maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan hesab edir ki, məhbusların real sayı rəsmi məlumatlardan xeyli çoxdur.

Vardanyan

Şəklin mənbəyi, Reuters

Seçilən
109
bbc.com

1Mənbələr