AZ

Hizbullah lideri partlayışlarla bağlı müraciət etdi

Hizbullah lideri Həsən Nəsrullah Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciət edib.

Teleqraf.com xəbər verir ki, Hizbullahın Baş katibi Həsən Nəsrullah bu gün günortadan sonra çıxış edərək Livanda onlarla əməliyyatçının öldürüldüyü və minlərlə adamın yaralandığını bildirib.

Həsən Nəsrullah bunu terror aktı kimi qiymətləndirib və İsraili ittiham edib.

Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.

O, İsrailin bununla bütün qırmızı xətləri keçdiyini qeyd edib və əlavə edib ki, bu, müharibə səbəbidir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
5
teleqraf.com

7Mənbələr