AZ

Bu proqram nə vaxt öləcəyinizi söyləyir

Yeni "Death Clock" (Ölüm saatı) adlı süni intellekt tətbiqi istifadəçilərə nə vaxt öləcəklərini söyləyir. 

Milli.Az unikal-a istinadən bildirir ki, illik 40 dollara satılan proqram sağlamlıq və həyat vərdişləri ilə bağlı suallar verir və insanın bioloji yaşını təyin edərək ölüm vaxtını proqnozlaşdırır. 

Tətbiqin tərtibatçıları bildiriblər ki, məqsəd insanları daha sağlam yaşamağa təşviq etməkdir. Tətbiqi "oyanma həyəcanı" olaraq xarakterizə edən tərtibatçılar istifadəçiləri daha uzun yaşamaq üçün həyatlarında mənalı dəyişikliklər etməyə istiqamətləndirməyi hədəfləyirlər.

Proqramın yaradıcısı Brent Franson, "İndiki dünyada səhiyyə yalnız sağlamlıq problemləri yarandıqda və çox gec olduqda işə düşür", - deyib. 

Tətbiqdə insanın sağlamlıq vəziyyətinə uyğun olaraq ömrünü uzatan təkliflər də sıralanır. Tətbiqdə qan testləri, genetik xüsusiyyətlər və digər sağlamlıq məlumatları da qiymətləndirilir. 

Texnologiya saytı CNET redaktoru Amanda Kooser "Death Clock" tətbiqini sınadığını və "2043-cü ildə öləcəyi" proqnozunu görəndə həyat vərdişlərini dəyişməyə qərar verdiyini söyləyib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
milli.az

5Mənbələr