AZ

Avropa qitəsinin təhlükəsizliyi Türkiyəsiz mümkün deyil - Stoltenberq

  NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətinin başa çatması münasibətilə etdiyi vida nitqində Avropaya xəbərdarlıq edərək deyib: “Avropa qitəsinin təhlükəsizliyini cənubda Türkiyə, şimalda Norveç, qərbdə ABŞ, Kanada, İngiltərə və digərləri olmadan təsəvvür etmək mümkün deyil". 

Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması münasibətilə Belçikada vida proqramı keçirilib.

Alman Marşal Fondunun (GMF) təşkil etdiyi proqramda çıxış edən Stoltenberq, NATO-nun səlahiyyət müddəti ərzində hər zamankindən daha güclü və əhəmiyyətli olduğunu bildirib.

Stoltenberq deyib: "Mən 2014-cü ildə baş katib vəzifəsinə gəldiyim gündən bəri dünya dərin dəyişikliklər yaşadı. Rusiyanın Krımı qanunsuz ilhaqı, İŞİD-in güclənməsi, Rusiyanın Ukraynada genişmiqyaslı işğalı, Çinin artan rəqabət qabiliyyəti, Covid-19, mürəkkəb kiberhücumlar, iqlim dəyişikliyinin təhlükəsizliyimizə artan təsiri. Siyahı davam edir.  Mənim baş katib olduğum müddətdə NATO-nun aktuallığı şübhə altına alındı, bölünmüş, köhnəlmi və beyin ölümü keçirmiş olduğu iddia edildi. Ancaq gerçək budur ki, NATO indi hər Zamankindan daha güclü, vahid və hər zamankindən daha vacibdir”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
referans.az

8Mənbələr