Ram Holding
Daxili nəzarət və təftiş üzrə mütəxəssis
Son tarix 19 okt 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
- Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- 1C ERP ilə işləmək təcrübəsi arzuolunandır;
- Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Ezamiyyətlərə getməyə hazır olmalı;
- Sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri:
- Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
- Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
- Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanmasını təmin etmək;
- Əməliyyat və maliyyə risklərinin idarə edilməsi üçün risklərin operativ müəyyən edilməsi və qiymətləndirilməsini təmin etmək, cavab mexanizmlərinin hazırlanması, planlanması üzrə təkliflər verilməsini təmin etmək;
- Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntuların aradan qaldırılması üçün tələbnamələr hazırlanması və icrasına nəzarət ilə bağlı birbaşa rəhbərə hesabat təqdim etmək;
- Şöbənin işinin təşkil olunmasında və işçilər arasında vəzifə və məsuliyyət bölügüsünün edilməsində birbaşa rəhbərin tapşırıqlarını icra etmək və s.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz;
- Servis xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət və təftiş üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.