Irshad Electronics
Baş Mühasib
Son tarix 19 okt 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Balans, Mənfəət və Zərər, dövlət qurumlarına olan hesabatları vaxtında tərtib və təqdim etmək;
- Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
- Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
- Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
- Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.
Tələb olunan :
- Ali təhsil - Maliyyə üzrə mütləqdir;
- Qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
- Peşakar mühasib sertifikatı mütləqdir
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində "Baş mühasib" qeyd edərək [email protected] ünvanına göndərin.
Xaçmaz Direktor
Son tarix 19 okt 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağazada məhsul qalığına nəzarət edilməsi;
- Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək;
- Cari tapşırıqları həll etmək;
Tələblər:
- Yaş – 30 -40
- İş təcrübəsi 3 -6 il
- Ali təhsil;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikasını;
- Satış texnikası və prinsip bilikləri;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodları biliyi;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;
- Kompüter bilikləri (MS Office).
- 1C proqramı ilə işləmə bacarığı arzu olunandır
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində “Xaçmaz filial rəhbəri” qeyd edərək e-mail ünvanına göndərin.
Əmək haqqı 1200Azn+bonus