AZ

“Çelsi” qış transfer pəncərəsində 4 futbolçusunu sata bilər

"Çelsi" qış transfer pəncərəsində bir neçə futbolçunu satmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, London klubu komandanın maliyyə sabitliyini qorumaq üçün 2025-ci ilin yanvarında komandanın tərkibində dəyişiklik etməyi planlaşdırır.

"Mavilər" italyan baş məşqçi Enzo Mareskanın planlarında olmayan 4 futbolçunu satışa çıxarmağa hazırdır.

"Çelsi"nin transfer siyahısına fransız müdafiəçilər Aksel Disasi və Benoit Badiaşile, ukraynalı cinah yarımmüdafiəçisi Mixail Mudrik və ingilis sol cinah müdafiəçisi Ben Çiluel daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
90deqiqe.az

1Mənbələr