"Çelsi" qış transfer pəncərəsində bir neçə futbolçunu satmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, London klubu komandanın maliyyə sabitliyini qorumaq üçün 2025-ci ilin yanvarında komandanın tərkibində dəyişiklik etməyi planlaşdırır.
"Mavilər" italyan baş məşqçi Enzo Mareskanın planlarında olmayan 4 futbolçunu satışa çıxarmağa hazırdır.
"Çelsi"nin transfer siyahısına fransız müdafiəçilər Aksel Disasi və Benoit Badiaşile, ukraynalı cinah yarımmüdafiəçisi Mixail Mudrik və ingilis sol cinah müdafiəçisi Ben Çiluel daxildir.