Müştəri xidmətləri sahəsində geniş təcrübəyə malik olan “Azercell Telekom” MMC tərəfdaşlarının müştəri məmnuniyyətinin artırılmasına yönəlik yeni “İnfoHUB” həllini təqdim edir. Bu daxili platforma şirkətlərin məlumat bazasını mərkəzləşdirərək müştəri xidmətlərinin səmərəliliyini artırmaq və sorğuların cavablandırma müddətini minimuma endirmək imkanı yaradır. “InfoHub” xüsusilə böyük müştəri bazasına malik şirkətlər üçün ideal dəstək vasitəsidir. Qeyd edək ki, Azercell xidmət istifadəçilərinə abunəlik müddəti boyunca texniki dəstəyin göstərilməsini də təmin edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta