AZ

Antiterror tədbirləri zamanı şəhid olan 3 hərbçinin adı Cəlilabadda küçəyə verilib

Antiterror tədbirləri zamanı Cəlilabad rayonundan şəhid olan qəhrəmanların adları əbədiləşdirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Məhərrəm Hüseynov, Mirəli Təhməzov və Seymur Şabıyevin adı Cəlilabad şəhərinin mərkəzi küçələrinə verilib. Artıq şəhidlərin adını daşıyan küçələrə lövhə də vurulub.

Seçilən
16
5
musavat.com

6Mənbələr