AZ

Bayden-Zelenski görüşünün vaxtı açıqlandı

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini sentyabrın 26-da Vaşinqtonda qəbul edəcək və prezidentliyə namizəd Kamala Harrisin Ukrayna lideri ilə ayrıca görüşü planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Moskva və Kiyev arasındakı münaqişəni, həmçinin “Ukraynanın strateji planlaşdırılması və ABŞ-nin dəstəyini” müzakirə edəcəklər. Mətbuat xidməti bildirir ki, Bayden və Harris Ukraynanı dəstəkləmək üçün “daimi sadiqliklərini” vurğulamaq niyyətindədirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
konkret.az

9Mənbələr