“Hizbullah”ın silahlı dəstələri işğal altındakı Qolan təpələri və Yuxarı Qalileydə İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.
Teleqraf.comxəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, müqavimət qüvvələri İsrailin şimal bölgələrinə reaktiv yaylım atəşi sistemlərindən ən azı 40 mərmi atıblar, daha 20 mərmi Qərbi Qalileydəki ərazilərə düşüb.
Müəllif: Teleqraf.com