AZ

Tramp İranı buna görə ittiham etdi

ABŞ-nin keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Donald Tramp Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı İranı onun seçki qərargahından sənədləri oğurlamaqda ittiham edib.
 

Sfera.az xəbər verir ki, Tramp Rusiyanın müdaxiləsinə də toxunub:
 

“İran həmin sənədləri Co Baydenin qərargahına köçürüb. Bu, digər ölkələrin seçkilərimizə necə müdaxilə etdiyinin əsl nümunəsidir”, - deyən Tramp Rusiyanın müdaxiləsi ilə bağlı işi cəfəngiyyat adlandırıb.
 

Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları daha əvvəl bu sənədlərin oğurlanması ilə bağlı açıqlama verərək, hazırda Bayden administrasiyası ilə əlaqədə olan iranlı hakerləri ittiham etmişdi.

 

İnci

Sfera.az

Seçilən
13
sfera.az

1Mənbələr