AZ

Astarada avtomobil hündürlükdən dərəyə aşıb, ölən və yaralı var - FOTO

Astara rayonunun Motlayataq kənd ərazisində minik avtomobili 100 metr hündürlükdən dərəyə aşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şahin Şiriyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
bizim.media

10Mənbələr