AZ

Astarada minik avtomobili dərəyə aşdı, ölən və xəsarət alan var

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.

 

Sfera.az-ın məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi kəndində qeydə alınıb.

 

Belə ki, Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.

 

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
13
sfera.az

10Mənbələr