AZ

İtaliyada güclü qasırğa: İtkin düşənlər var (VİDEO)

İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsində bütün Mərkəzi və Şərqi Avropada fəsadlar törətmiş "Boris" qasırğası dağıdıcı daşqınlar əmələ gətirib.

Bu barədə Oxu.Az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Məlumata görə, daşqınlar səbəbindən 1 000-ə yaxın insan təxliyə edilib, iki nəfər isə itkin düşüb.

İtaliyada məktəblər bağlanıb və bir sıra əyalətlərdə dəmiryolu qatarlarının hərəkəti dayandırılıb.
Seçilən
20
6
demokrat.az

6Mənbələr