AZ

"Putin müharibədə qalib gələcəyini düşünür"- Stoltenberq

Baş katib Yens Stoltenberq Ukraynanın NATO-ya qoşulması üçün təşkilatın qapısının daim açıq olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə NATO-nun Baş katibi vəzifəsindən getməsi ilə bağlı vida çıxışında bildirib.

“Putin düşünür ki, o, müharibədə qalib gələcək. Lakin biz Ukraynaya daha çox silah verməklə Putinin istədiyini əldə etməsinin qarşısını almalıyıq”, - Stoltenberq qeyd edib.

O əlavə edib ki, “Prezident Zelenskinin dediyi kimi, Rusiya gələcək sülh danışıqlarının bir hissəsi olmalıdır”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
teleqraf.com

5Mənbələr