AZ

Alman alimləri yeni ağrıkəsici tapıblar...

…İtlər xroniki ağrıları olan insanlara kömək edə bilər. Berlin Humboldt Universitetinin alimləri araşdırma apardıqdan sonra bu qənaətə gəliblər. Belə ki, bir müddət bundan əvvəl Berlin Humboldt Universiteti bir heyvanın mövcudluğu ilə bağlı məlumatları təqdim edib. Tədqiqatın müəllifi Heidi Mauersbergerin qeyd etdiyi kimi, bu, yeni müalicə üsullarının inkişafı üçün perspektivlər açır.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə“Deutsche Welle” yazır.

Deməli, alimlər iki təcrübə aparıblar. Probandlar (test aparanlar –A.B.)əllərini buzlu suya batırdılar. Bu zaman onların yanında ya itləri, ya dostlarından biri olub və ya da tamamilə tək olublar.

İddialara görə, yaxınlıqda bir heyvanın olması ağrının intensivliyini əhəmiyyətli dərəcədə azaldıb, bu da stressin azalmasına səbəb olub.

Bənzər bir vəziyyətdə bir oğlan və ya qız yoldaşının olması oxşar təsir göstərməsə də, ikinci eksperiment zamanı şərtlər birinci ilə eyni idi, lakin bir fərqlə: it “yad” idi. Və insan ağrıyanda yanında heyvan olmasının təsiri yenə müsbət olub.

Beləliklə, təcrübə iştirakçıları nəinki emosional dəstək hiss ediblər, həm də ağrıları daha az intensiv hiss ediblər

Bunu tədqiqat müəllifi izah edir.

…Psixi gərginliyin və ağrının artdığı bir vaxtda, itlə ünsiyyət təkcə emosional dəstək deyil, həm də fiziki ağrıları azaldır.

Bunu da tədqiqat müəllifi iddia edir.

İtlər xəstələrə xəstəxanalarda, əməliyyatlar zamanı və evdə ağrıların öhdəsindən gəlməyə kömək edə bilər.

Xroniki ağrıları olan insanlar öz təcrübələrini alimlə bölüşərək etiraf ediblər ki, bədəndəki diskomfort səbəbindən aktiv fəaliyyətə və sosial təmaslara marağı itirirlər.

Yeri gəlmişkən,dörd ayaqlı ev heyvanlarının bu qrup xəstələrə kömək edə biləcəyini göstərən araşdırma sentyabr ayında Acta Psychologica adlı açıq jurnalda dərc edilib.

Nazlı Almuradova

Seçilən
18
sia.az

1Mənbələr