Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xəbər verilib ki, hadisə Motlayataq kəndinin Üləsi adlanan ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobili 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü Şahin Şiriyev hadisə yerində ölüb. Avtomobildə olan Motlayataq kənd sakini, 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.