AZ

SON DAMLA GÜNÜ

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatları apardı. Bu əməliyyat Azərbaycanın suveren hüquqlarını bərpa etmək məqsədi ilə Ermənistanın dəstəklədiyi separatçı qüvvələrin qalıqlarına qarşı gerçəkləşdirdiyi silsilə tədbirlərin son fazası idi. Bir gündən qısa, amma həlledici əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə dövlətimizin ərazi bütövlüyü uğurla təmin etdi, Qarabağ bölgəsi mərkəzi hakimiyyətə tam şəkildə inteqrasiya olundu.

Azərbaycanın antiterror əməliyyatlarına start verməsinin bir neçə əsas səbəb var idi.

Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanmış Üçtərəfli Bəyanatın əsas məqsədi bölgədə sabitlik və sülhü təmin etmək idi. Bu sənədin əsas şərtlərindən biri Qarabağdakı işğalçı erməni silahlı qüvvələrinin tamamilə tərksilah edilməsi və qanunsuz fəaliyyətlərinin dayandırılması idi. Lakin üç il keçməsinə baxmayaraq Ermənistan bu şərtləri yerinə yetirmədi. Bölgədəki qanunsuz silahlı dəstələr fəaliyyətlərini davam etdir, hətta gücləndirməyə çalışırdı.

Ermənistandan Qarabağa qanunsuz silah daşınır, separatçıların hərbi mövqelərinin gücləndirilməsi üçün istehkamlar inşa edilir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün birbaşa təhlükə yaradan hərbi- siyasi kampaniyalar apalırdı. 2023-cü ilin avqust-sentyabr aylarında işğalçı Ermənistan ordusunun qalıqları Azərbaycanın mülki və hərbi infrastrukturuna qarşı bir sıra təxribatlar həyata keçirmişdi. Laçın yolundan daşınmış erməni diversiyaları Xocavənd yolunda tunellərə mina döşəyir, Ağdam istiqamətindəki mövqelərimiz minaatanlarla atəşə tutulurdu.

44 günlük savaşda hərbi baxımdan darmadağın və təslim olmuş Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi rəsmi Bakını tez-tez İrəvana “Dəmir yumruq” barədə xatırlatmalar etməsinə rəvac verirdi. Azərbaycan həm beynəlxalq arenada aparılan danışıqlar, həm də Rusiya Sülhməramlı Kontigentinin rəhbərliyi vasitəsi ilə Xankəndidəki xuntanın dinc vasitələrlə likvidasiya edilməsinin zəruruliyini erməni tərəfin diqqətinə çatdırırdı. Lakin separatçı rejimin rəhbərləri və Ermənistan hökuməti bu cəhdləri sabotaj edir və qanunsuz silahlı birləşmələrin demilitarizasiyasına qarşı çıxırdılar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandandan daha bir dəfə “Vur” əmri aldı.

Əməliyyat sentyabrın 19-da və bir neçə istiqamətdə başladı. İkinci Qarabağ Savaşında böyük təcrübə əldə etmiş Müzəffər Ordu dəqiq planlaşdırılmış strategiya ilə hərəkət edərək mülki əhalini hədəf almadan düşmənin ön mövqeləri sürətlə darmadağın etdi. Günün ikinci yarısında Azərbaycan Ordusunun Pilotsuz Uçan Aparatlar və artilleriya vasitəsi ilə endirdiyi sərrast zərbələrlə separatçıların dayaq məntəqələri, əsas hərbi bazaları və digər mühüm hərbi obyektləri yerlə yeksan olunurdu. Həmin gün saat 16 radələrində Müdafiə Nazirliyi yaydığı məlumatda Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsusP-18 radiolokasiya stansiyasının (RLS)

Separatçı rejimin qüvvələri Azərbaycan ordusunun sürətli irəliləməsi və hərbi üstünlüyü qarşısında ciddi müqavimət göstərə bilmədilər. Qısa müddət ərzində erməni silahlı dəstələri silahlarını yerə qoymağa, qaçmağa və təslim olmağa məcbur qaldılar. Əməliyyatların başlanğıcında Azərbaycan hakimiyyəti mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün xüsusi dəhlizlər yaradıldığını elan etdi. Bu dəhlizlər vasitəsilə Qarabağda yaşayan erməni mənşəli mülki şəxslərə təhlükəsiz şəkildə döyüş bölgəsindən çıxmaq imkanı verildi. Mülki əhali üçün maksimum təhlükəsizlik tədbirləri görüldü, onlara humanitar yardımlar dağıdıldı. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına uyğun hərəkət etdiyini göstərirdi.

Antiterror əməliyyatları Azərbaycan üçün tarixi nəticələr doğurdu.

İlk növbədə əməliyyat nəticəsində Qarabağdakı separatçı rejimin hərbi gücü tam şəkildə sıradan çıxarıldı, qeyri-qanuni silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və onların böyük əksəriyyəti tərk-silah olundu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
aznews.az

1Mənbələr