AZ

“Sonsuz qardaşlıq – III” təlimi yekunlaşıb

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən “Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 400 nəfərdən çox heyət üzvünün iştirak etdiyi təlimin bağlanış mərasimi Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda po­liqonunda keçirilib.

Tədbirdə təlim iştirakçılarının peşəkar­lığı yüksək qiymətləndirilib.

Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilmə­si, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücu­mundan qorunma məqsədilə hava kəş­fiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.

Sonda təlimdə fərqlənən hərbi qulluq­çulara mükafatlar təqdim edilib.

Q. KAZIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
32
xalqqazeti.az

10Mənbələr