AZ

Zabratda ağır qəza - Ölən və yaralılar var

Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, “Lada Priora" markalı avtomobil hərəkətdə olan zaman piyada zolağında yolu keçən 1982-ci il təvəllüdlü Məmmədov Kamil Etibar oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Musazadə Elvin Qəhrəman oğlu gözündən aldığı xəsarətlərlə bağlı Z.Əliyeva adına göz xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
5
bakupost.az

9Mənbələr