"Quba" basketbol klubu növbəti transferi reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisinin üçüncü transferi də ABŞ-dən olub.
Belə ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Simeon Jozef Kirklandla anlaşıb. O, bu mövsümü "Quba"da keçirəcək. 1998-ci il təvəllüdlü basketbolçu artıq komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Kirkland karyerası ərzində "Southwestern" kolleci, "Alabama-Birmingham" universitet, həmçinin "İverioni"(Gürcüstan) və "Primorye"(Monteneqro) klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta