AZ

“Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan

Ermənistan hökuməti və onun beynəlxalq tərəfdaşları xəbərdarlıq edirlər ki, bir neçə soyuq qışa və hətta aclığa hazırlaşmalıyıq.Gender.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.“Biz hansı fəlakət və ya nəyə hazır olmalıyıq? Cavab bəllidir, nəhayət, Rusiyanın təsirindən qurtulmaq üçün rus qazından imtina etməliyik, bizə eyham vururlar.Nəyə görə? İlk növbədə hərbi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması xatirinə. Bu da təsadüfi deyil, Rusiyadan da eyham vururlar ki, təkcə qazla qurtula bilməyəcəksiniz, taxılın 90 faizini də bizdən ixrac edirsiniz”, - ekspert vurğulayıb.Danielyan hesab edir ki, bu durum başlamamış Ermənistandan kənara kütləvi köç başlayacaq:“Qayıdaq soyuğa, qaranlığa, aclığa. Əgər 90-cı illərdə niyə (Azərbaycan ərazilərinin işğal edilməsinə görə - red.) məhrumiyyətlərə məruz qaldığımızı bilirdiksə və əhalinin böyük hissəsi bu sınaqlara dözürdüsə, yüz minlərlə insan gedirdisə, indi bütün bunların təkrarlanmasına niyə hazırlaşdığımız bəlli deyil. Bu dəfə çox adamın Ermənistanda qalacağı ehtimalı yoxdur”.

Seçilən
56
7
gender.az

8Mənbələr