AZ

Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı

Rusiyada Krasnodar diyarının Kropotkin şəhərində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, yerli sakin sevgilisi ilə birlikdə olduğu avtomobildə qumbara partladıb.

Bu barədə "93.ru" portalının yaydığı məlumata görə, hadisə sentyabrın 28-nə keçən gecə baş verib.

Sevgilisinin ondan ayrılmaq qərarına gəldiyini öyrənən kişi mübahisə zamanı qumbara partladıb. Nəticədə onun həm özü, həm də birlikdə olduğu qadın xəsarətlər alıb. Onların həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Seçilən
80
3
publika.az

10Mənbələr