Bu gün Abşeron rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları iştirak edib. İştirakçəlar Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.Tədbirdə RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.Sonda fəaliyyətində fərqlənən prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta