Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq.
İqtisadiyyat.az xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək:
"Yaşıl istiqraz" seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır: "Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq".