AZ

RUSİYA KURSKDA BÖYÜK ƏKS-HÜCUMA BAŞLAYIB - 50 minə yaxın şəxsi heyət cəlb olunub

Rusiya Kursk vilayətində böyük əks-hücum əməliyyatına başlayıb.

“AzPolitika” Rusiya və Ukrayna mediasına istinadla xəbər verir ki, bu əks-hücum Kurskun bir hissəsinin Ukrayna qüvvələri tərəfindən ələ keşçirilməsindən sonra baş tutan ən iri əməliyyatdır.

“Z hərbi müxbirləri”nin və Ukrayna OSINT analitiklərinin verdiyi məlumata görə, Kursk vilayətindəki rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin bir neçə kilometr dərinliyə girərək, onları mühasirəyə almağa çalışıb. Əməliyyt əsasən Kursk vilayətinin Sudja və Korenev rayonlarını əhatə edir.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” “teleqram” kanalı yazır ki, Rusiya ordusu Lyubimovka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb, bundan sonra rus qoşunları Ukrayna ordusunun iki batalyonunu mühasirəyə ala bilib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Sudja istiqamətinə əlavə qüvvələr ötürür.

Ukraynanın “DeepState” analitikləri bu məlumatları təsdiqləyirlər. Onların məlumatına görə, rus qoşunları hazırda Novoivanovka və Zeleni Put yaşayış məntəqələri ərazisində möhkəmlənməyə çalışır. “The Moscow Times” isə yazır ki, rus qoşunları ümumilikdə 7 kilometr dərinliyə irəliləyə bilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski isə Rusiya ordusunun Kursk vilayətinə başqa cəbhələrdən 50 minə yaxın hərbçi köçürdüyünü bildirib: “Biz bilirik ki, Kursk istiqamətinə başqa istiqamətlərdən 50 minə yaxın hərbi qulluqçu köçürülüb. Bu, təbii ki, müdafiəmizin işini(Ukraynanın şərqində) asanlaşdırdı”.

Onun sözlərinə görə, Rusiya Zaporojye, Xerson və Kramatorsk istiqamətlərindən bölmələrini Kursk vilayətinə köçürüb.

“AzPolitika.info”

Seçilən
105
18
azpolitika.info

10Mənbələr