AZ

Yastıpəncəli kişilər hansı durumda hərbi xidmətə yararsızdırlar?

Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında ağrıların, sonra isə daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.

News24.az Milli.Az-a istinadla bildirir ki, həkim Abbas Bağırov baku tv-yə açıqlamasında yastıpəncəliyin iki formada müşahidə olunduğunu bildirib:

"Birincisi, ayaq darağının eninə genişlənməsi, ikincisi isə, uzununa düzlənməsi. Uzununa düzlənmə adətən 10-25 yaş aralığında baş verir. Eninə düzlənməyə isə 25-50 yaşlarda daha çox rast gəlinir".

Bəs bu xəstəlik kişilərdə hansı hallarda vətəndaşın hərbi xidmətə yararlı olmadığını göstərir?

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev bildirib ki, "Xəstəliklər cədvəli"ndə hərbi xidmətə yararlılığın kateqoriyaları müəyyənləşdirilib:

"D kateqoriyasına əsasən, yastıpəncəliyi olan vətəndaşlar həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunurlar".


Seçilən
30
18
news24.az

10Mənbələr