AZ

Rusiya adı terrorçular siyahısında olan məşhur MMA döyüşçüsünü Ukrayna ilə müharibəyə göndərdi

Adı Rusiya dövləti tərəfindən “terrorçu və ekstremist” siyahısına salınmış qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü İlyas Yakubov barəsində cinayət işinə xitam verilib və o, istintaq təcridxanasından buraxılaraq Ukrayna ilə müharibəyə göndərilib. 

Missiya.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Yakubov 2023-cü il oktyabrın sonunda terrorçuluq fəaliyyətinə ictimai bəraət qazandırmaq ittihamı ilə saxlanılıb və həbs edilib. 

İstintaqın fikrincə, o, “terrorçuluq fəaliyyətinin həyata keçirilməsinin zəruriliyini əsaslandıran ifadələrlə video çəkiliş aparıb və sosial şəbəkələrdə yayımlayıb”. 

ElcanMissiya.Az

Seçilən
64
4
missiya.az

10Mənbələr