AZ

İsrailin Baş naziri oğluna toy edə bilmir

İsrailin Baş naziri Benyamin Netanyahu dron hücumlarından ehtiyat edərək təhlükəsizlik səbəbi ilə kiçik oğlu Avner Netanyahunun toyunu təxirə salmaq istəyir.

Olaylar xəbər verir ki, bu barədə məlumatı "Kan" dövlət televizyası yayıb.

Məlumata görə, İsrail hökumətinin başçısı qapalı danışıqlarda mövcud vəziyyət və qonaqlar üçün mümkün hədsiz risk fonunda tədbirin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Qeyd edilib ki, Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalındakı "Havat Ronit" kompleksində baş tutmalı idi.

Bundan əvvəl Hizbullah Benyamin Netanyahunun Təl-Əvivdəki evinə dronla hücum edib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
3
olaylar.az

10Mənbələr