Amerikalı sahibkar və milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qalib gələcəyi təqdirdə ABŞ-nin gələcəyinin necə olacağı barədə danışıb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Mask bildirib ki, Tramp noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlsə, ABŞ özünün ən parlaq dövrləri ilə qarşılaşacaq.
“Trampın ikinci prezidentliyi Amerika üçün ən əyləncəli vaxt olacaq… Bu, heyrətamiz olacaq”, – deyə o proqnozlaşdırıb.
Qeyd edək ki, oktyabrın 6-da Mask Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində Trampı dəstəkləyib. “Prezident Tramp qalib gəlməlidir” deyərək milyarder bildirmişdir.