AZ

İran Rusiyanı xəyanətdə ittiham edir...

“İran diplomatiyası” saytında Rusiyanın xəyanətdə ittiham edən "“S-300 və Zəngəzurdan üç ada, nüvə sazişi və Ukraynadakı müharibəyə qədər: Rusların xəyanətinin sonu yoxdur. İsrailin İrana hücumu ilə bağlı Moskvanın mənalı səssizliyi” sərlövhli məqalə yayınlanıb. 

Sayt İsrailin İrana hücumundan sonra bir sıra ölkələrin, eləcə də Avropa dövlətlərinin Təl-Əvivi qınadığını vurğulayıb, ancaq İsraili pisləyən Rusiyaya xüsusi diqqət çəkib.

Bildirilib ki, Rusiyanın isə İsraili qınamasından bir xəbər yoxdur, eyni zamanda məqalədə Rusiyanın Fars körfəzindəki mübahisəli üç adaya (Əbu Musa, Böyük Tonb, Kiçik Tonb) münasibəti və Zəngəzur dəhlizi məsələsi qərəzli şəkildə ortaya atılıb.

Məqalədə riyakarlıqla “Bakının Zəngəzur dəhlizi ilə bağlı “əsassız iddiasına” Moskvadan dəstək” yarıbaşlığı ilə verilən hissədə yazılıb ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, sonra isə Azərbaycan mətbuatı Putinin İranla mübahisəyə səbəb olan Zəngəzur dəhlizinin açılması məsələsini alqışladığını bildirib.

Məqalədə Rusiya XİN başçısı Sergey Lavrovdan sitat gətirilərək vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar yenidən təkrarlanıb və Ermənistanın bu prosesə mane olduğu da qeyd edilib.

Sayt Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın da dediklərinə toxunaraq yazıb: “Rusiya İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı narahatlığını görüb və məsələyə aydınlıq gətirilməsi üçün Moskva Tehranla danışıqlar aparmalıdır”.

Ülviyyə, Hurriyyet.az

Seçilən
86
hurriyyet.az

1Mənbələr