AZ

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

İçərişəhərdə
Ölkəmizdə baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib. Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır. 1news.az xəbər verir ki, İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıbSərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, əvvəlcə Azərbaycanda dövlətin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqətdən və müvafiq olaraq bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən qərarların və sərəncamların əhəmiyyətindən danışıb.
Aparat rəhbəri, açılışı baş tutan sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib. O, qurama sənətinin qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq etdiyini, tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bildiyini bildirib. Bu yanaşmanın, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynadığını əlavə edib. Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar. “Qurama Art: Zamanın vəhdəti” sərgisinin keçirilməsi 12 noyabr tarixinədək Şirvanşahlar Sarayı Kompleksində, 15-30 noyabr tarixlərində isə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcəkdir.

Qeyd edək ki, “İçərişəhər” DTMQİ nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Qurama” Mərkəzi Azərbaycan ənənələrində dərin köklərə malik qurama sənəti irsinin yenidən dirçəldilib yaşadılmasına dəstək verir. 2022-ci ildən başlayaraq, “İçərişəhər” DTMQİ-nin təşkilatçılığı ilə Milli Qurama Festivalları, 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Qurama Festivalı keçirilib.
Seçilən
80
10
1news.az

10Mənbələr