AZ

Aslanov millimizin rəqiblərini dəyərləndirdi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi İlqar Aslanov Avropa çempionatının püşkünü dəyərləndirib.

Arena.az xatırladır ki, bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.

Komandamız B qrupunda Kosovo və San Marino ilə qarşılaşacaq. Oyunlar yanvarın 21-dən 26-na qədər San Marinoda təşkil olunacaq. Püşkatma ilə bağlı milli komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Rəqiblərimiz məlumdur. Bu gün asan rəqib yoxdur. Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq.

Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlaması xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.

Sonda onu da qeyd edək ki, U-19 millimiz əsas mərhələyə yüksələrsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Bu mərhələnin oyunları gələn il 25-30 martda keçiriləcək.

Seçilən
105
2
arena.az

7Mənbələr