AZ

ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb

Bakı. Trend:

ABŞ, Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndəheyətinin tərkibini açıqlayıb.

Trend-in ABŞDövlət Departamentinə istinadən verdiyi məlumata görə, 11-22 noyabrtarixlərində ABŞ-ın 20-dən çox departament, agentlik vətəşkilatından yüksək səviyyəli rəsmilər iqlim böhranı iləmübarizədə ABŞ-ın liderlik rolunu vurğulamaq və müzakirələrdəngüclü nəticələr əldə etmək məqsədilə Bakıya səfər edəcək.

ABŞ nümayəndə heyətinə, ABŞ Prezidentinin beynəlxalq iqlimsiyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Heyətəhəmçinin kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibiCenifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlimmüşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasınınsədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxiliişlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis,Ətraf Mühitin Müdafiəsi Agentliyinin administratorunun müavini CeynNişida, ticarət katibinin okeanlar və atmosfer üzrə müavini vəMilli Okean və Atmosfer Administrasiyasının rəhbəri Rik Spinrad,dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrəmüavini Bonni Yenkins daxildir.

Bundan əlavə, iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə,ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət vəinvestisiya, gənclərlə bağlı təsirlərini əhatə edən geniş birnümayəndə heyəti də Azərbaycanda keçiriləcək COP29 tədbirindəiştirak edəcək.

Seçilən
41
1
az.trend.az

10Mənbələr