Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Avropa iqtisadiyyatının durğuynluqdan artıma keçid üzrə olduğunu açqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qurum yeni hesabat hazırlayıb.
Hesabata əsasən, artan real əmək haqqının istehlak xərclərini dəstəklədiyi qeyd olunaraq bildirilib ki, "Avrozona"da artım yavaş-yavaş bərpa olunur: "Avro bölgəsində ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə illik bazda 0,9 artıb. Bu, ən sürətli illik artım tempidir".
Hesabatda Avro bölgəsinin ən böyük 4 iqtisadi sahəsinin göstəricilərinin hələ dərc edilmədiyinə diqqət çəkilib. Qeyd edilib ki, buna baxmayaraq, hazırkı rəqəmlər gələcək yüksəliş anonsudur: "Artıq istehlak xərcləri bəzi sahələrdə canlanıb. Məsələn, ilin üçüncü rübündə Fransada istehlak artımı 0,5 faiz, İspaniyada isə 1,1 artıb. İkinci rübdə enişin ardından Almaniyada da istehlak xərcləmələri yüksəlişə keçib. Bununla belə, Avrozonada əsas inflyasiyanın illik 2 faizə düşüb, orta aylıq əmək haqqı artımı 4 faizdən çox qalxıb. Bir sözlə, Avro bölgəsində artım yavaş-yavaş bərpa olunmağa başlayıb".
Samir Musayev
MİA.AZ