İndoneziya, “Google”un yerli məzmun tələblərinə cavab vermədiyini bildirərək “iPhone 16″dan sonra “Pixel” telefonlarının satışını qadağan etdiyini açıqladı.
İndex.az xəbər verir ki, Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief cümə axşamı mətbuat brifinqində bildirib ki, bu il ölkəyə şəxsi yüklər və ya kabin baqajı vasitəsilə təxminən 22,000 cihaz daxil olmasına baxmayaraq, “Google Pixel” telefonlarının ticarəti İndoneziyada qanunsuzdur.
Kaliforniyada yerləşən “Google” şirkəti qadağanı müzakirə etmək üçün Sənaye Naziri Agus Gumiwang Kartasasmita ilə görüş tələb edən məktub göndərdi, lakin tarix hələ təyin edilməyib.
Qeyd edək ki, İndoneziya “Apple”in ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirmədiyi üçün oktyabrın 29-da ölkədə “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan etdiyini açıqladı.
Sənaye Nazirliyi oktyabrın əvvəlində bildirmişdi ki, “Apple” İndoneziyaya cəmi 1,5 trilyon rupi (95 milyon dollar) sərmayə qoyub ki, bu da 1,7 trilyon rupiya öhdəliyindən aşağıdır. Sənaye naziri Agus Qumiwang Kartasasmita İndoneziyada istifadə edilən bütün “iPhone 16″ları “qanunsuz” adlandırıb və vətəndaşları bu cür cihazlar barədə məlumat verməyə çağırıb.