Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində Fətullahçı Terror Təşkilatının(FETÖ) hərbi və hüquq-mühafizə orqanlarındakı strukturuna qarşıhəyata keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.
Trend bubarədə Türkiyə KİV-ə istinadən xəbər verir.
“İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosutərəfindən FETÖ-nün hüquq-mühafizə və hərbi strukturlarında yeralan 12 şübhəli üçün həbs qərarı verilib”, - məlumatdabildirilir.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının 15 ayrı ünvandatəşkil etdiyi əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb, 1şübhəlinin tutulması üzrə işlər aparılır.